Siyəzəndə yük və minik avtomobili toqquşub, ölən var

Siyəzəndə yük və minik avtomobili toqquşub, ölən var
Oxunma sayı: 634

Siyəzəndə ağır yol qazası baş verib.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili ilə “Tofaş” markalı minik avtomobili toqquşub.
 
 Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxışmış vəziyyətdə qalmış sərnişin, 1992-ci il təvəllüdlü Qəniyev Seymur Nadirşah oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi