Siyəzəndəki “Beşbarmaq” fəth ediləcək

siyezendeki-besbarmaq-feth-edilecek
Oxunma sayı: 643

Alpinizm Federasiyasından “Qafqazinfo”ya daxil olan məlumata görə, 6-7 oktyabr tarixlərində keçiriləcək yarışa ölkəmizin müxtəlif idman klublarından, habelə Gürcüstandan və Rusiyadan olan 40-dan artıq idmançı qatılacaq.

Yarışın marşrutlarının qurulmasında Rusiyadan dəvət olunmuş beynəlxalq dərəcəli idman ustaları iştirak edəcək.
Qeyd edək ki, Alpinizm Federasiyasının təşkilatçılığı ilə baş tutacaq yarış Azərbaycan alpinisti Akif Rüstəmovun xatirəsinə həsr olunub.

Sevinc