“Siz eyni paltarı bir neçə dəfə geyinmirsiz?” - Aytən

siz-eyni-paltari-bir-nece-defe-geyinmirsiz
Oxunma sayı: 4608

ATV kanalının aparıcısı Aytən Səfərovanın “Maşın” realiti şousundakı mövqeyi ilə yanaşı, geyimləri də müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, aparıcının proqramda təkrar geyimlərdən istifadə etməsi tənqid edilib. Aytən yarışmadan çıxarılandan sonra instaqram səhifəsində paltarlarını müzakirə edənlərə cavab verib:

“Bəziləri məni qınayırdı ki, paltarı bir neçə dəfə geyinir. Mən ora dəb sərgisi, əyin-başımı göstərmək, sponsorların gözünə girmək üçün getməmişdim. Nəyim vardısa, onu da geyindim. Siz məgər eyni paltarı bir neçə dəfə geyinmirsiz?”

Bu məqamda bildirək ki, Aytən efir zamanı təkcə 4-5 libasdan istifadə etsə də, paltarları tanınmış brendlərin məhsullarıdır.  Belə ki, aparıcının “Frock and Frill” markasına məxsus geyimin qiyməti 471 dollardır (800 manat) .

Bundan başqa o, yarışmada  "TFNC -London"un məhsullarından da yararlanıb.