“Sizdə böyük və ciddi problem var” - Afaqdan ironik paylaşım

sizde-boyuk-ve-ciddi-problem-var
Oxunma sayı: 648

ATV-nin aparıcı Nərgiz Vahabqızından sonra həmkarı Afaq Gəncəlinin də geyimi tənqid atəşinə tutulub. 

“Qafqazinfo”nun məlumatına görə, teleaparıcının bu dəfə dekolteli, yaşıl rəngli libası və çantası birmənalı qarşılanmayıb. 

Afaq da tənqidə tənqidlə cavab vermək istəyib. Teleaparıcı onu izləyənlərin əksəriyyətinə söz atıb:

“Lupalarınızı əlinizdə hazır tutun. Görün bu şəkillərdə nə tapırsız? Lupa böyüdücü şüşə deməkdir. Çox güman ki, anlamaya bilərsiz. Bunu hər kəsə şamil etmirəm. Çantanın “zamok”unu məsxərəyə qoyursuz. Sizdə böyük və ciddi problem var. 

Böyük ehtimalla lupanın da nə olduğunu bilmirsiz. Sizə “utanın” yazmıram. Gərək tərbiyə olsun ki, utanc hissinin nə olduğunu biləsiz. Kim nəyi görmək istəyirsə, onu da görüb. Allah sizə kömək olsun”.