“Sizə möhtac deyilik” - Ərdoğandan sərt ABŞ çıxışı

size-mohtac-deyilik
Oxunma sayı: 1916

Prezident Rəcəb Tayyip Ərdoğan Türkiyə ilə ABŞ arasında yaşanan viza böhranı ilə bağlı çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan bildirib ki, ortada şəxsən ona, hökumətə və dövlətə qarşı təşkil edilən etibar sui-qəsdi var: “Diplomatik ənənələr də  ayaq altına alınıb. Amerika ilə viza gərginliyi bunun ifadəsidir. Bu olayı ortaya çıxaran İstanbuldakı səfirdir. Amerikanın strateji ortağını məsuliyyətsiz səfirə fəda etməsi qəbuledilməzdir. Biz qəbilə dövləti deyilik Biz sizə möhtac deyilik. ABŞ-ı bir səfir idarə edirsə əfsuslar olsun”. 

Ərdoğan ABŞ-ın cagündənləri üçün aldığı silahın satışını dayandırmasına da münasibət bildirib: “Burdan nazirimizə də söyləyirəm. Sig Sauer adlı silah bundan sonra təhlükəsizlik orqanlarımızda istifadə edilməyəcək.

Biz sizdən silah istədikdə “konqres” deyirsiniz, lakin terror təşkilatına pulsuz silah verirsiniz. Niyə? Türkiyəni cənubdan mühasirəyə alasınız deyə. 
Bunlar bizi yəqin, kor, kar hesab edirlər. Elə alışıblar, lakin belə bir Türkiyə yoxdur. Biz beynəlxalq rəqbəttə öz yerini tutacaq Türkiyəyik".