“Sizi orada horra üçün otuzdurmamışam” - - Video

sizi-orada-horra-ucun-otuzdurmamisam-
Oxunma sayı: 5426


Rusiya prezidenti Vladimir Putin bu bu dəfə də məmurları sərt tənqid etməsi ilə gündəmə gəlib.

ANSPRESS-in “Topnews”a istinadən verdiyi xəbərə görə, prezident Xabarovskdakı Birobica Yəhudi vilayətindəki çıxışı zamanı nazirləri daşqın vaxtı öz evlərini tərk etməli olan sakinlərin həyat şəraitini düşünməyə və bunlara laqeyd qalmamağa çağırıb. Məlumata görə, əvvəlcə vertolyotdan təbii fəlakətdən zərər çəkmiş əraziləri seyr edən prezident daha sonra müvafiq nazirlik və qurumları öz işlərinə məsuliyyətlə yanaşmağa səsləyib. 

Yerli bələdiyyə, təhsil işçiləri və digər idarə rəhbərləri ilə birgə toplantı keçirən Rusiya lideri tələb çıxışında daşqn zamanı evlərindən didərgin düşmüş və zərər görmüş insanların həyat şəraitinin acınacaqlı durumundan danışıb. Prezident Əmək və sosial müdafiə naziri Maksim Toplini isə sərt şəkildə tənqid edib. 

“Vəziyyət yaxşı deyil. İnsanlar mənə yazırlar ki, vəziyyətləri çox acınacaqlıdır. Uşaqlar üçün yemək yoxdur. Körpələrə horra verirlər, lakin onlar bunu yemirlər. Mən kimisə orada un şorbası və horra üçün otuzdurmamışam. Aydındır ki, bura yay düşərgəsi deyil. Amma yaxşı şərait qurulmalıdır. İnsanlar elə yaşamalıdırlar ki, heç nəyə ehtiyac duymasınlar. Gedin həmin ərazilərə və kiminm nəyə ehtiyacı varsa, gözünüzlə görüb anlayın. İnsanlar normal və mədəni şəraitdə yaşamalıdırlar. Məni eşidirsiniz, nazir Toplin? Siz bu gün orada olmalısınız. Siz sosial müdafiə nazirisiniz. Gedin sosial problemləri dinləyin, mövcud məsələləri həll edin”,- deyə prezident sözlərinə əlavə edib. 

Ölkə başçısı evlərin paylanılması zamanı məmurları ədalət prisipinə riayət etməyə çağırıb və vurğulayıb ki, bu evlər hansısa rəisin qohumları üçün deyil: “Yeni tikilən evlər yalnız fəlakətdən zərər çəkmiş insanlara verilməlidir. Hansılar ki, onların buna ehtiyacları var. Yoxsa, hansısa bir rəisin qohumlarına və yaxınlarına deyil! Ümid edirəm ki, prokurorluq da bu məsələləri yoluna qoyacaq və işin gedişatına nəzarət edəcək”. 

Vladimir Putin Vladivostoka yollanmazdan əvvəl administrasiyaya zərərçəkmiş ərazilərlə bağlı dövlət fərmanının layihəsinin hazırlanması göstərişini də verib.