“Sizin işiniz Afrikada filləri qorumaqdır?”

sizin-isiniz-afrikada-filleri-qorumaqdir
Oxunma sayı: 1249

Rejissor Namiq Ağayev Teatr Xadimləri İttifaqının fəaliyyətini tənqid edib. “Qafqazinfo” xəbər verir ki, o, sosial şəbəkədə status yazaraq İttifaqın üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirib:

““Ol” teatrının kollektivi teatrda yaranan problemlərə dəstək olmaq üçün Teatr Xadimləri İttifaqına müraciət edib. İttifaqın əməkdaşı isə cavabında deyib: “Teatr Xadimləri İttifaqının işi teatrlarda yaranan problemləri həll etmək deyil. Biz sizə heç bir kömək edə bilmərik. Bunun üçün Mədəniyyət Nazirliyinə və digər qurumlara müraciət edin”.

P.S. İctimaiyyət qarşısında belə bir sual veririk: Ey Teatr Xadimləri İttifaqı, o zaman sizin işiniz nədir?! Afrikada fillərin qorunulmasımı? Yoxsa, Cənubi və Şimali Koreyanın birləşdirilməsimi?”