Skripal Putinə məktub yazıb? - Peskovdan açıqlama

skripal-putine-mektub-yazib
Oxunma sayı: 2244

İngilis agent Sergey Skripal Rusiya prezidenti Vladimir Putinə məktub yazaraq ondan vətəninə qayıtmağı, anası, qardaşı və yaxın qohumları ilə görüşməsinə icazə verməyi üçün xahiş edib. Bu barədə “BBC” telekanalı Skripalın məktəb yoldaşına istinadən xəbər yayıb.

“Qafqazinfo”nun “RİA Novosti”yə istinadən məlumatına görə, prezidentin mətbuat katibi Dmitriy Peskov informasiyanı təkzib edib.

“Xeyr. Belə hadisə olmayıb”, - deyə Peskov bildirib.

Xatırladaq ki, martın 6-da Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripal qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənib. Bu hadisədən sonra Rusiya ilə İngiltərə arasında münasibətlər gərginləşib.