Skripalları zəhərləyənlərlə bağlı yeni iddia

skripallari-zeherleyenlerle-bagli-yeni-iddia
Oxunma sayı: 1213

Keçmiş rus agenti Sergey Skripalı və qızı Yuliyanı Böyük Britaniyada zəhərləməkdə ittiham edilən Rusiya vətəndaşları ilə bağlı yeni iddia ortaya atılıb.

“Qafqazinfo” xəbər verir ki, “Bellingcat” beynəlxalq tədqiqat qrupu iddia edir ki, “Skripal işi”nə görə Britaniyanın şübhəli hesab etdiyi Ruslan Boşirov və Aleksandr Petrov daha əvvəl Hollandiyada həbs ediliblər. Hadisənin gedişatı barədə mediada yazılanları nəzərdən keçirən mütəxəssislərin fikrincə, hər iki rus vətəndaşı Skripalların zəhərlənməsi olayı ilə əlaqəlidirlər. Belə ki, həmin ərəfələrdə Hollandiya prokurorluğu İsveçrənin Şpiç şəhərində Suriyadakı kimyəvi silahların tərkibini və “Skripal işi”ni araşdıran laboratoriyaya girməyə, eyni zamanda kiber hücum etməyə çalışan 2 rus vətəndaşını saxlayıb. “Bellingcat” belə qənaətə gəlib ki, bundan sonra Petrovla Boşirovu ölkədən deportasiya ediblər və onların bundan sonra Şengen vizasından istifadə etmək ehtimalları az olub. Buna görə də vurğulanır ki, casusların bu zonadakı son səfərləri məhz İsveçrəyə olub.

Eyni zamanda tədqiqat qrupu bu versiyanı da irəli sürür ki, Hollandiyada həbs edilən rus vətəndaşları Boşirov və Petrov olmaya da bilər. 

Xatırladaq ki, Sergey və Yuliya Skripallar 2018-ci ilin martında Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənib. London keçmiş cəsus Sergey Skripalla qızının zəhərlənməsində rəsmi Moskvanı ittiham etsə də, Rusiya ittihamları rədd edib. 

Aysel Kərimova