“Skripalların işi ilə bağlı şübhəliləri tapmışıq” - Putin

skripallarin-isi-ile-bagli-subhelileri-tapmisiq
Oxunma sayı: 1409

Rusiya prezidenti Vladimir Putin “Skripal işi” ilə bağlı açıqlama verib. 

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, rus lider Böyük Briyaniyada eks-rus agenti Sergey Skripal və qızı Yuliyanı zəhərləməkdə şübhəli bilinən şəxslərin tapıldığını bəyan edib. O, “Ümid edirəm ki, onlar özləri üzə çıxacaq və hər şeyi danışacaqlar. Sizi əmin edirəm ki, hadisədə heç bir kriminal motiv yoxdur”, deyə açıqlama verib. Putinin sözlərinə görə, həmin şəxslər sıravi vətəndaşlardır və artıq onları tapıblar. Prezident onu da qeyd edib ki, şübhəlilərin kimliyi Rusiya hökumətinə məlumdur: “Mən onlara müraciət etmək istəyirəm, bu gün bizi eşitsinlər. Qoy gəlsinlər, hansısa KİV-ə danışsınlar”.

Xatırladaq ki, ata-bala ötən ilin mart ayında krallığın Solsberi şəhərində zəhərləniblər. Böyük Britaniya bu məsələdə Rusiyanı rəsmi şəkildə ittiham edərək sui-qəsdi həyata keçirən iki rus vətəndaşının adını açıqlayıb. 

Aysel Kərimova