Smartfon intellekti yeni mərhələyə qədəm qoyur

smartfon-intellekti-yeni-merheleye-qedem-qoyur
Oxunma sayı: 944

Huawei şirkətinin yeni smartfonunda təqdim olunan prosessor - Kirin 980 7nm emalı ilə hazırlanmış ilk kommersiya mikrosxem sistemidir ("SoC"). Bu ən zəngin istifadəçi təcrübəsini əldə etmək məqsədi ilə birinci sinif intellekti, əməliyyat effektivliyini, səmərəliliyi və sürətli bağlantıları özündə birləşdirir.

Dünyanın ən qabaqcıl emal texnologiyası: 7nm

Qeyd edək ki, Kirin 980 qabaqcıl 7nm emal texnologiyası ilə yığılıb və 6,9 milyard tranzistor bir dırnaq ölçüsündə olan formaya yerləşdirilib. Bu qabaqcıl emal texnologiyası mikrosxem dəstinə imkan verir ki, misli görülməmiş bir əməliyyat effektivliyini və səmərəliliyi nümayiş etdirsin: Kirin 970 ilə müqayisədə, onun əməliyyat effektivliyi mərkəzi prosessorda 75 faiz, qrafik prosessorda 46 faiz, neyron prosessorda isə 226 faiz artıb. Bundan başqa, Kirin 970 ilə müqayisədə, onun mərkəzi, qrafik və neyron prosessorları müvafiq olaraq 58, 178 və 182 faiz daha səmərəli fəaliyyət göstərir. Belə ağlasığmaz səmərəlilik ilə istifadəçilər güclü əməliyyat və uzunmüddətli batareyadan eyni anda yararlana bilirlər. Hətta 3D oyunlar kimi intensiv yüklənmələr zamanı belə mikrosxem sistemi özünün tam gücü ilə yüksək səmərəlilik nümayiş etdirir.

Kirin 980 telefon sənayesinin ilk mikrosxem sistemidir ki, ikili neyron prosessor əməliyyatını özündə birləşdirir və bununla da hazırki Android telefonları üçün ən güclü süni intellekt prosessoru rolunu oynayır. Bu mobil süni intellekt 2.0 versiyasının yeni dövrünə addım ataraq, çoxsaylı süni intellekt fəaliyyətlərini dəstəkləyən yeni nəsil süni intellekt prosessorudur.

Əməliyyat effektivliyi baxımından rəqib leptoplar: Cortex-A76 əsaslı nüvələrdən istifadə edən dünyanın ilk kommersiya mikrosxem sistemi

Kirin 980 Cortex-A76 əsaslı nüvələri özündə birləşdirən ilk mikrosxem sistemidir. Bu nüvələr özündən əvvəlki nüvə nəsli ilə müqayisədə 75 faiz daha güclü və 58 faiz daha səmərəli əməliyyat nümayiş etdirir. Kirin mərkəzi prosessorunun alt sistemi sərbəst rejimli ağıllı mexanizmdən istifadə edir. Bu mexanizm iki böyük, iki orta və dörd kiçik nüvədən ibarət üç səviyyəli enerji səmərəliliyi arxitekturasını yaradır. Bu həll təcili və intensiv iş yüklərini idarə etmək üçün yüksək effektivli iri nüvələri işə salır. İri, yüksək səmərəli nüvələr stabil əməliyyatı təmin edir, ultra-səmərəli nüvələr isə ekstremal enerji səmərəliliyi əsasında gündəlik, yüngül əməliyyatların öhdəsindən gəlir.

Huawei Mate 20 seriyasının ultra-yüksək əməliyyat effektivliyi oyun oynamağı sevən istifadəçilər üçün telefonu "Oyun hakeri"nə çevirir. "PlayerUnknown's Battlegrounds", "Arena of Valor" və ya hər hansı digər ağır mobil oyun olmasından asılı olmayaraq, mükəmməl qrafikanı, effektləri və virtual dünyada "oyunçu aparsın" üstünlüyünü istifadəçinin öhdəsinə buraxır. Bu, ailə maşınını super gücü olan bir maşına çevirən güclü idman avtomobili mühərrikinə bənzəyir. Hər bir klik və ya barmaq hərəkəti sürəti və gücü hiss etməyə imkan verir - sanki kimsə sizi itələyir.

Əyləncə zamanıdır: Dünyanın ən sürətli bağlantısı

Huawei Mate 20 Pro dünyanın ilk 4.5G smartfonudur ki, 1.4Gbps birbaşa ötürmə sürətini dəstəkləyir. Bu isə "Snapdragon 845"in maksimal 1.2Gbps sürətindən çoxdur. Huawei 20 seriyası 1.732Gbps-ə qədər nəzəri yüklənmə sürəti ilə dünyanın ən sürətli Wi-Fi-nı da dəstəkləyir.

Huawei Mate 20 seriyasının istifadəçiləri heç bir məhdiyyət olmadan 4K video çəkə, 2GB videonu cəmi 10 saniyə ərzində yükləyə və yaxud oyun proqramını sadəcə bir neçə saniyədə yeniləyə bilər. Huawei Mate 20 seriyası xəritə məlumatlarını bir göz qırpımında keşləyə bilir. Buna görə də istifadəçilər səyahət zamanı həddən artıq məlumatdan istifadə edərkən artıq bu barədə narahat olmayacaq.

Süni intellektə əsaslanan iki-diapazonlu GPS texnologiyası

Huawei Mate 20 seriyası həmçinin iki-diapazonlu (L1+L5) GPS mövqeləndirmə texnologiyasını da dəstəkləyir. Süni intellektə əsaslanan GPS Peyk texnologiyası ilə telefonun mövqeləndirmə dəqiqliyi istənilən halda artır. Tuneldə, cəngəllikdə, yaxud şəhərin girişli-çıxışlı küçələrində olmağınızdan asılı olmayaraq, bu texnologiya bir metr yayınma ilə dəqiq və sürətli mövqeləndirməni təklif edə bilər.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:

https://www.facebook.com/HuaweimobileAZ/

https://www.instagram.com/huaweimobileaz/

https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A