Smartfonların kamerasını dəyişmək mümkün olacaq - “Samsung” patenti aldı

smartfonlarin-kamerasini-deyismek-mumkun-olacaq
Oxunma sayı: 1120

“Samsung” şirkəti smartfon üçün dəyişdirilə bilən kamera özəlliyini əks etdirən yeni patenti əldə edib.

“Qafqazinfo”Technote-yə istinadən xəbər verir ki, şirkət hərəkət edirilə bilən 3 hissədən ibarət hibrid smartfonun patentini alıb.

Patentdə əks olunmuş cihaz müəyyən mənada qatlana bilən “Galaxy Fold” smartfonuna bənzəyir. Smartfonun əsas özəlliklərindən biri də odur ki, o, iki ədəd kamera ilə təchiz olunacaq və kameralardan birini istənilən zaman dəyişdirmək mümkün olacaq. Digər kamera isə standart kamera funksiyasını daşıyacaq.

Dəyişdirilə bilən kamera modulu üçün smartfon üzərində ayrıca xüsusi hissə yerləşir. Həmin hissə patent fotosunda 41 nömrə ilə işarə edilib. Həmin xüsusi hissədən müxtəlif kamera modullarının taxılması və smartfonu avtomobil sükanına bərkitmək üçün də istifadə etmək mümkün olacaq. Bu isə öz növbəsində avtomobil hərəkətdə olarkən foto və ya video çəkilişi üçün rahat üsul ola bilər.