“Snapchat”la Rihanna arasında qalmaqal

snapchatla-rihanna-arasinda-qalmaqal
Oxunma sayı: 1362

Barbadoslu pop ulduz Rihanna video və foto paylaşımlarını həyata keçirən “Snapchat”ı sərt tənqid edib. “Qafqazinfo” xəbər verir ki, sosial şəbəkədə Rihanna və Kris Braunun görüntülərinin olduğu mobil oyun yayımlayıb. İstifadəçilərə “Rihannanı sillələməyi, yoxsa Kris Braunu yumruqlamağı seçərdiz” deyə sual ünvanlamıb. 

Tezliklə populyarlaşan oyun barədə Rihanna instaqramda paylaşım edib. Müğənni  2009-cu ildə sevgilisi Kris Braun tərəfindən döyüldüyün məsxərə qoyan və qadına qarşı zorakılıqdan istifadə edərək reklam hazırlayan şirkəti qınayıb.

29 yaşlı ifaçı “Bunu cahillik adlandırıram. Amma sizin bu qədər səfeh olduğunuzu bilirəm. Zorakılıq qurbanlarını utandırmaq və belə bir şəkildə məsxərə qoymaq üçün pul xərcləmisiz. Təpkim şəxsi hisslərimlə bağlı deyil, bundan da utanmıram. Ancaq siz məni, şiddətə məruz qalan bütün xanımları, uşaqları ortaya ataraq aşağılamısız” - deyə bildirib. 

Rihannanın “Snapcat”ı məhkəməyə verəcəyi iddia edilib. 

Daha sonra sosial media rəsmisi Rihannadan üzr istəyib, pop ulduz bunu qəbul etməyib. 

“Bu reklam çox iyrəncdir və bizim platformamızda yayımlanmamalı idi. Belə bir xəta etdiyimiz üçün kədərlənirik.Yenidən baş verməyəcəyinə ümid edirik” - deyə şirkət nümayəndəsi bildirib.