Sobçakın atasından ona gizli məktub - 2045-də oxuya biləcək

Sobçakın atasından ona gizli məktub
Oxunma sayı: 2192

Sank-Peterburqda Petropavlovsk qalasında şəhərin birinci meri Anatoli Sobçakın qızına yazdığı məktub gizlədilib.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, belə bir sürprizlə məşhur teleaparıcı, prezidentliyə namizəd olmaq istəyən Kseniya Sobçak Andrey Malaxovun proqramında qarşılaşıb. Proqramda iştirak edən pilot Vadim Bazıkinin etirafı aparıcı üçün də gözlənilməz olub. Pilot bildirib ki, “zaman kapsulu”na yerləşdirilən məktub qalanın təpəsində gizlədilib. Həmin kapsulu Sobçak Bazıkinə 1995-ci ildə vertolyotla qalanın təpəsinə restavrasiya olunmuş mələk heykəlini qaldırarkən verib.

Pilot bildirib ki, məktubda Sobçak qızına “çox təsirli şeir” yazıb. Həmin “zaman kapsulunu”nu açmaq isə ancaq 2045-ci ildə mümkün olacaq. 
Kseniya verilişdən sonra cəhd etsə də, pilot məktubun mətnini açıqlamaqdan imtina edib. 

 




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi