Şöbənin qabağında at minən polis rəisi işdən qovuldu - Video

sobenin-qabaginda-at-minen-polis-reisi-isden-qovuldu
Oxunma sayı: 10593

Sosial şəbəkələrdə Qazaxıstanın Atırausk vilayətinin polis şöbəsinin rəisi Ayan Duysembayevin binanın qarşısında ona hədiyyə edilən ata mindiyi, polis əməkdaşlarının onu alqışladığının əks olunduğu görüntülər yayılıb.

“Qafqazinfo”nun “nur.kz” portalına istinadən verdiyi xəbərə görə, rəisin bu qalmaqallı videosu Prezident Kasım-Jomart Tokayevin də sərt reaksiyası ilə üzləşib. O, peşə etikasını pozduğuna görə Prezident Administrasiyasının razılığı ilə Daxili İşlər nazirinin əmrinə əsasən, vəzifəsindən azad edilib.

Bundan başqa, 5 polis də işdən qovulub.