SOCAR-a işədüzəltmə dələduzluğu

socar-a-iseduzeltme-deleduzlugu-
Oxunma sayı: 2126


“Qafqazinfo” neft şirkətinin facebook-da rəsmi səhifəsinə istinadən xəbər verir ki, SOCAR-ın əməkdaşı N.Əhmədov vətəndaşdan pul alaraq onu işə düzəldəcəyinə söz verib:

“Aydın məsələdir ki, onu işə düzəldməyib, heç düzəldədə bilməzdi, heç fikri də olmayıb. Vaxt keçdikdən sonra vətəndaş işlə bağlı maraqlananda ona yalandan işin düzəlir deyir və nə ağılnansa binaya buraxılış üçün saxta vərəqə verir. Vətəndaşda həmin buraxılışla SOCAR-ın əsas binasına “işə gələn” zaman təhlükəsizlik işçiləri tərəfindən saxlanılır. Sorğu zamanı hadisəni olduğu kimi danışır. Bu hadisəni post edirik ki, hamı oxusun və heç kim belə dələduzlara inanmasın. SOCAR-da pulla işə düzəlmək olmur. Xahiş edirik paylaşın” 

Hal-hazırda müvafiq hüquq mühafizə orqanları məsələ ilə bağlı araşdırmalar aparır.