SOCAR-dan 5 milyardlıq yatırım

socar-dan-5-milyardliq-yatirim
Oxunma sayı: 647

Bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Süleyman Qasımov Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun üzvləri ilə görüşdə deyib. S.Qasımov bildirib ki, ARDNŞ-in Türkiyədə “Petkim” şirkətinin özəlləşdirilməsində iştirak edərək səhmlərin 51 faizini alıb. Eyni zamanda, şirkət qonşu Gürcüstanın da neft və qaz satışı sahəsinə sərmayə qoyub. Ümumilikdə Gürcüstan layihələrinə 500 milyon dollar, Türkiyəyə isə 2 milyard dollardan çox yatırımlar edilib: “Gələcək layihələrimizə Türkiyədə emal gücü ildə 10 milyon ton neft olan Egey neft emalı zavodunun tikintisi daxildir. Bu zavodun inşasına təxminən 5-6 milyard ABŞ dolları məbləğində sərmayənin yatırılması gözlənilir”.

ARDNŞ rəsmisi əlavə edib ki, bu məsələ ilə əlaqədar hüquq və maliyyə şirkətləri tərəfindən müqavilələr hazırlanır, məsləhətləşmələr aparılır. Gələcəkdə maliyyənin mənbəyi müəyyənləşdirildikdən sonra layihə həyata keçiriləcək. /Azərtac/