SOCAR-dan büdcəyə 51,5 milyon köçürülüb

socar-dan-budceye-515-milyon-kocurulub
Oxunma sayı: 639


ARDNŞ-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstərici 2013-cü ilin oktyabr ayı ilə müqayisədə 12 milyon 715 min manat və ya 109,1 faiz çoxdur. Ümumiyyətlə, bu ilin yanvar-oktyabr aylarında şirkət dövlət büdcəsinə 1 milyard 564 milyon 548 min manat vəsait ödəyib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 240 milyon 480 min manat və ya 118,2 faiz artım deməkdir.

Oktyabrda ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 11 milyon 369 min manat vəsait köçürüb. Yanvar-oktyabr aylarında isə şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 118 milyon 916 min manat təşkil edib.