SOCAR-dan Mənsimovun gəmilərinin müsadirəsinə - Reaksiya

socar-dan-mensimovun-gemilerinin-musadiresine
Oxunma sayı: 5336

“SOCAR Mübariz Mənsimov və ya “Palmali” Şirkətlər Qrupuna məxsus gəmiləri müsadirə etməyib, ona qarşı buna bənzər hər hansı bir tədbir də görməyib”.

"Qafqazinfo" xəbər verir ki, bunu “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın “Palmali” Şirkətlər Qrupuna məxsus 14 gəminin müsadirə etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirərkən bildirib.

“Palmali” şirkətlərinə aid olan gəmilərin limanlara buraxılmamasına gəlincə, İ.Əhmədov bildirib ki, bu məsələ müvafiq orqanların səlahiyyətindədir: “SOCAR bununla bağlı hər hansı məlumata malik deyil”.