SOCAR-dan namaza görə işdən çıxarılma xəbərinə reaksiya- - Video

socar-dan-namaza-gore-isden-cixarilma-xeberine-reaksiya-
Oxunma sayı: 5911


“Qafqazinfo” xəbər verir ki, ANS-ə müsahibəsində şirkətin vitse-prezidenti Bədəl Bədəlov fəhlələrin bir yerdə namaz qıldıqlari üçün işdən azad edilməsi barədə yayılan məlumatların düzgün olmadiğini deyib. Şirkətin vitse-prezidentinin sözlərinə görə, dini etiqadina görə heç kəsə qadağa qoyulmur, tikintidə işdən çıxarılmalarin səbəbi isə başqadır. 

"İşçilərin dini etiqadlarına görə, işdən çıxarılması həqiqətə uyğun deyil. Sadəcə stadionda bəzi işçilər ixtisasları ilə bağlı işlərin dayandırıldığı üçün işdən çıxarılıblar. Stadionun tikintisində 4 minə yaxın insan işləyir, orada 24 saat iş gedir. Yəqin ki, bəzi işlərin yekunlaşması ilə əlaqədar 50-100 nəfər işçi də işdən azad olunacaq", - deyə Bədəl Bədəlov bilirib.