SOCAR-dan partlayışla bağlı açıqlama - Xəsarət alan yoxdur

SOCAR-dan partlayışla bağlı açıqlama
Oxunma sayı: 1129

SOCAR Səngəçaldakı partlayışla bağlı məlumat yayıb. "Qafqazinfo" xəbər verir ki, məlumatda qeyd olunur ki, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədi ilə kəmər dərhal lokallaşdırılmış, bu xəttə verilən qaz alternativ kəmərə keçirilmiş və xətt istismardan təcrid olunub. Hadisə nəticəsində xəsarət alan olmayıb, yaşayış məntəqələri üçün hər hansı təhlükə yoxdur.

Hadisənin səbəbləri araşdırılır, əlavə məlumat veriləcək.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi