SOCAR-dan yenilik

socar-dan-yenilik
Oxunma sayı: 2198


Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib. “SOCAR” Bakı-Aeroport yolu və Sabunçu və Suraxanı yol qovşaqlarının yaxınlığında yerləşən yanacaqdoldurma məntəqələrində elektriklə işləyən və ya elektrik şarj üçün girişi olan hibrid avtomobilləri üçün şarj xidmətini tətbiq edib. Həmin stansiyalarda 15-20 dəqiqəyə tam şarj edə biləcək ultra sürətli şarj avadanlıqları quraşdırılıb”, – deyə məlumatda bildirilir.

YDM-də quraşdırılan avadanlıq eyni anda iki avtomobili şarj etməyə imkan verir.

“Ultra sürətli şarj avadanlıqlarının quraşdırılması nəticəsində respublikamızda bu tip nəqliyyat vasitələrinin istifadəsinə marağın artacağına inanırıq”, – deyə şirkətdən vurğulayıblar.

“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və “SOCAR” brendi altında YDM şəbəkəsini genişləndirərək neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Şirkət 2010-cu ilin may ayında Azərbaycanda ilk yanacaqdoldurma məntəqələrini istifadəyə verib.