SOCAR “EWE”nin hissələrinə namizəd oldu - Dəyəri 250 milyondur

socar-ewenin-hisselerine-namized-oldu
Oxunma sayı: 5390

Almaniyanın “EWE” enerji şirkəti 2007-ci ildən girdiyi Türkiyə bazarından çıxır.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, "EWE” şəhərdaxili təbii qaz paylanmasını həyata keçirən “Bursagaz” və “Kayserigaz”dakı hissələrini satmaq üçün potensial alıcılarla görüşlərini demək olar ki, tamamlayıb. 

Türkiyədə milyonlarla dollarlıq neft emalı zavodu və boru xətti yatırımları ilə tanınan Azərbaycanın dövlət neft şirkəti olan SOCAR satışa çıxarılan səhmlərin ən güclü alıcı namizədi olaraq bilinir. Enerji kulislərində bu hissələr üçün müzakirə olunan məbləğin 200-250 milyon dollar olduğu deyilir.