SOCAR GPC kompleksinin inşası nə vaxt başlayacaq?

socar-gpc-kompleksinin-insasi-ne-vaxt-baslayacaq
Oxunma sayı: 1995

Qaz emalı və polimer zavodlarından ibarət SOCAR GPC kompleksinin tikintisinə 2018-ci ilin sonu - 2019-cu ilin əvvəlində başlamaq planlaşdırılır.

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, bu barədə ətraf mühitə təsirin qiymətləndirilməsi üzrə hesabatın ictimai dinləmələri zamanı “Sulaco” şirkətinin təqdimatında deyilir.

Qeyd olunub ki, bu layihənin əsas məqsədi təbii qazın ən yüksək beynəlxalq standartlara uyğun təmizlənməsi və emalıdır:

“Kompleks hər il 9,1 milyard kubmetr təmizlənmiş qaz, 600 min ton aşağı və yüksək təzyiqli polietilen, 130 min ton propilen, 42 min ton benzol, 25 min ton benzin verəcək. Həmçinin daxili istifadə üçün 32 min ton buten-1, 21 min ton heksen-1 istehsal olunacaq”.

Kompleks Səngəçal qəsəbəsində 305 hektarda yerləşəcək.