SOCAR Gürcüstan üçün qazın qiymətini qaldırdı

socar-gurcustan-ucun-qazin-qiymetini-qaldirdi
Oxunma sayı: 729

Gürcüstan hökuməti ölkədə istehlak olunan təbii qazın qiymətini təqribən 0,5 tetri artırıb.

Gürcüstanın Energetika və Su Təminatı Milli Tənzimləmə Komissiyasının məlumatına görə, bu barədə qərar iyulun 18-də keçirilmiş iclasda qəbul olunub. Tbilisi şəhər əhalisinin istehlak etdiyi təbii qazın qiyməti 0,5 tetri artırılıb. Qərar qəbul olunan günədək şəhər əhalisi təbii qazın 1 kubmetri üçün 45,620 tetri ödəyirdisə, iyulun 20-dən bu rəqəm 46,153 tetri olacaq (ƏDV daxil olmaqla). Regionlar üzrə də qazın qiyməti müvafiq olaraq artırılıb.

Bu qərardan sonra “SOCAR Georgia Gas” şirkətinin Gürcüstanda satdığı təbii qazın qiyməti də artıb.

“Qafqazinfo”nun məlumatına görə, “SOCAR Georgia Gas” şirkətindən Azərtac-a bildiriblər ki, bu qərara qədər “Sakorqqaz” və SOCAR Georgia Qas” şirkətinin satdığı təbii qazın qiyməti regionlar üzrə dəyişirdi. Ortalama qiymət təqribən 55 tetri təşkil edirdi. Bundan sonra isə hər iki şirkətin satdığı qiymət təqribən eyni olacaq – 57 tetri.

Qeyd edək ki, hazırda SOCAR Gürcüstanın 80 faizdən çoxunu təbii qazla təmin edir.