SOCAR-ın işçisi maşınında öldü

socar-in-iscisi-masininda-oldu
Oxunma sayı: 2754

Azərbaycan Dövlət Neft Şirkətinə aid avtomobilin sürücüsü qəfildən vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə yanvarın 15-də saat 15 radələrində baş verib. 

Paytaxtın Üzeyir Hacıbəyli küçəsi ilə hərəkət edən 10 AA 193 nömrəli “Chevrolet” markalı avtomobilin sürücüsü, 1959-cu il təvəllüdlü Mikayıl Məmmədovun qəfildən hal pisləşib. O avtomobili “Sahil bağı”nın yaxınlığında saxlaya bilib, amma elə oradaca ürəktutmasında vəfat edib.

Murad Əhməd