SOCAR-ın qayığı qəzaya uğradı - Yaralılar var

socar-in-qayigi-qezaya-ugradi
Oxunma sayı: 652

İyunun 28-də saat 13.50 radələrində Geofizika və Geologiya İdarəsinin əməkdaşları “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin “Arya 141” qayığı ilə N.Nərimanov adına NQÇİ-nin ərazisində seysmik kəşfiyyat işləri apararkən qayıq idarəetməni itirmiş 34 saylı meydançanın ayağına toxunub.

“Qafqazinfo” xəbər verir ki, nəticədə qayıqda olan 7 nəfərdən 5-i müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım maşınları ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.