SOCAR-ın vitse-prezidenti mükafata layiq görüldü

socar-in-vitse-prezidenti-mukafata-layiq-goruldu
Oxunma sayı: 1493

Böyük Britaniya Parlamentinin Lordlar Palatasında “Collaborative Award 2018” mükafatının təqdimetmə mərasimi keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə SOCAR-ın ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə “Collaborative Pathfinder Award” nominasiyasında yeganə beynəlxalq mükafata layiq görülüb. 

Xatırladaq ki, “Collaborative Pathfinder Award” beynəlxalq mükafatının təsisçisi “Institute of Collaborative Working” (Kollektiv Əməkdaşlıq İnstitutu) 1990-cı ildən fəaliyyətdədir.