SOCAR işdən çıxardığı əməkdaşların sayını açıqladı-

socar-isden-cixardigi-emekdaslarin-sayini-aciqladi-
Oxunma sayı: 3338


“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən ARDNŞ-nin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov bildirib ki, şirkətin 4 idarəsində çoxpilləli idarəetmədən ikipilləli idarəetmə sisteminə keçilib: 

“ARDNŞ-də 7222 nəfər idarələrin birləşməsi nəticəsində ixtisara düşüb. 6418 nəfər ARDNŞ-də vakansiyaların hesabına yerləşdirilib. Bunlardan 167-si qulluqçu, 362 nəfər fəhlə idi. 7222 nəfərdən 108 nəfəri öz xahişi ilə işdən çıxıb gedib. SOCAR-ın prezidentinin bizə birinci tapşırığı odur ki, 3 əsas istiqamət əsas rol oynamalıdır. 

Birincisi, peşəkarlıq nəzərə alınmalıdır. İkincisi , insanların peşə hazırlığı ilə təmin etməkdir. Bunlar şirkətin qayğısından kənarda qalmamalıdır. Ədalət prinsipi və şəffaflıq təmin olunmalıdır. 

Xalik Məmmədov qeyd edib ki, bir aydan sonra nəticə etibarilə 108 nəfər işçi proqrama qoşulub. Onlar 50 faiz əməkhaqqı alacaq. 163 nəfər iki aylıq müavinət alaraq ARDNŞ- də işləmək hüququnu özündə saxlayıb. 533 nəfər əməkhaqqının 5 mislini alıb:

"7222 nəfərdən 96 faizi müəyyənləşib. 4 faiz hələ müəyyənləşməyib. 4346 vakansiya var. 3098 mövcud vakansiya var. Sərbəstləşən işçilərin ixtisasları tələbata uyğun olmadığına görə cəlb oluna bilməyiblər. Elələri olacaq ki, ixtisasartmaya cəlb olunacaq, elələri də ola bilər ki, ixtisasartmaya getmək istəməyəcək. Biz iş yerinin yaradılmasına çalışacağıq. 1245 təqaüdçü var. Onların getməsi hesabına işçi yeri olacaq. 43 yerə imtahan keçiriləcək. Bu həftə ərzində 64 nəfər 43 yer üçün imtahana girəcək".

***

ARDNŞ Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib ki, dünyanın heç bir yerində belə proqram yoxdur: “ Ola bilsin ki, buna oxşarları var. ARDNŞ qəbul etdiyi bu proqram kompleks tədbirdir. Məqsəd odur ki, heç bir neftçi ixtisarlar nəticəsində işsiz qalmasın. Proqramının bir üstünlüyü odur ki, həmin işçilər davamlı iş axtarırlar.  Bu proqrama qoşulmaq üçün lazımı şərait yaradılacaq”.

Günel