SOCAR müstəqilliyin 21-ci ildönümünü Vaşinqtonda qeyd edib

socar-musteqilliyin-21-ci-ildonumunu-vasinqtonda-qeyd-edib-
Oxunma sayı: 652

Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, ARDNŞ-nin ABŞ-dakı nümayəndəliyinin rəhbəri Rauf Məmmədov, Milli Məclisin deputatı Asəf Hacıyev, Azərbaycan diasporasının ABŞ-dakı çoxsaylı nümayəndələri, diplomatlar, akademik dairələrin nümayəndələri və bir sıra ABŞ vətəndaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə ARDNŞ-nin Vaşinqton üzrə nümayəndəsi R. Məmmədov açaraq, iştirakçıları salamlayıb və bayram münasibətilə öz təbriklərini çatdırıblar. O, ARDNŞ-nin Vaşinqton nümayəndəliyinin bu yaxınlarda fəaliyyətə başladığını bildirib və Nümayəndəlik tərəfindən belə tədbirlərin tez-tez təşkil olunacağını qeyd edib.
Daha sonra çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bayram münasibətilə öz təbirklərini çatdırıb və tədbirin təşkilinə görə ARDNŞ-a öz təşəkkürünü bildirib. Səfir Azərbaycanın müstəqilliyini bərpa olunmasından keçən 21 il ərzində qazandığı ciddi nailiyyətlərdən bəhs edib, dövlət müstəqilliyinin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Azərbaycan mətbəxinin təamları dadılıb. Səsləndirilən Azərbaycan musiqisi tədbirə xüsusi rəng qatıb.

Nigar Məmmədli