SOCAR ötən ay nə qədər neft hasil edib?

socar-oten-ay-ne-qeder-neft-hasil-edib
Oxunma sayı: 654

Bu ilin aprelində SOCAR üzrə xam neft hasilatı 613,1 min ton olub. "Qafqazinfo" SOCAR-a istinadən xəbər verir ki, ötən ay Azərbaycanda ümumilikdə isə 3 milyon 186,1 min ton neft hasil edilib.

Cari ilin yanvar-aprel aylarında SOCAR üzrə xam neft hasilatı 2 milyon 459,2 min ton, Azərbaycanda isə ümumilikdə 12 milyon 642,3 min ton təşkil edib.