“SOCAR” polipropilenin ixracına başladı

socar-polipropilenin-ixracina-basladi
Oxunma sayı: 2713

Sumqayıt Kimya Sənaye Parkında olan “SOCAR Polymer” MMC Türkiyə şirkətləri ilə bağlanmış müqavilələr əsasında polipropilenin ixracına başlayıb.

İqtisadiyyat Nazirliyindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, ilin sonunadək 15 min ton polipropilenin xarici ölkələrə ixracı nəzərdə tutulur.  

SOCAR Polymer layihəsinin ikinci mərhələsi üzrə isə işlər başa çatmaq üzrədir.

Ümumilikdə, SOCAR Polymer çərçivəsində tikilən zavodlarda 19 növ polipropilen və 12 növ yüksəksıxlıqlı polietilen məhsulu istehsal ediləcək. Bir çox kiçik və orta müəssisələr bu məhsullardan xammal kimi istifadə etməklə “SOCAR Polymer” zavodlarının ətrafında sənaye klasteri yaradacaq. Polimer xammalı yüngül və ağır sənayenin müxtəlif sahələrində, o cümlədən məişət, tekstil, tibb və inşaat mallarının istehsalında istifadə oluna bilər. “SOCAR Polymer” məhsullarının potensial alıcıları arasında bir sıra yerli və xarici şirkətlər var.