SOCAR rübün hesabatını açıqladı

socar-rubun-hesabatini-aciqladi
Oxunma sayı: 2031

SOCAR 2018-ci ilin üçüncü rübündə 1,9 milyon ton neft və 1,67 milyard kubmetr qaz hasilat edib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlki ilin analoji göstəriciləri ilə müqayisədə, müvafiq olaraq, 1,5% və 11% nisbətində çox olub.

Ümumiyyətlə, 2018-ci ilin doqquz ayında respublika üzrə 29 milyon ton neft3 və 22 milyard kubmetr təbii qaz4 hasil edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkə üzrə neft hasilatında təqribən 0,8%, qaz hasilatında isə 4,5% artıma nail olunduğunu göstərir. 

Bu ilin 9 ayı ərzində Azərbaycana 1,59 milyard m3 qaz idxal olunub6 və 6,48 milyard m3 qaz7 ölkədən ixrac edilib. 

SOCAR üzrə üçüncü rübdə xam neftin ixracı 6 milyon ton9 təşkil edib. Beləliklə SOCAR-ın xam neft ixracı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,3% artıb.