SOCAR Rumıniya iqtisadiyyatına 58,9 milyon avro yatırıb

socar-ruminiya-iqtisadiyyatina-589-milyon-avro-yatirib
Oxunma sayı: 883


“Qafqazinfo” xəbər verir ki, Rumıniya Ticarət Qeydiyyat İdarəsinin (ONRC) məlumatına əsasən, bu ilin ilk 6 ayı ərzində Rumıniya şirkətləri vasitəsilə xarici sərmayə axını 1,5 milyard avro təşkil edib. Bunun 1,16 milyard avrosunu 50 böyük xarici investor tərəfindən onların yerli (törəmə) şirkətlərinə yatırdığı sərmayə təşkil edir.

Ümumilikdə bu ilin 6 ayı ərzində avtomobil, səhiyyə, yanacaq, tikinti, maliyyə və digər sahələrdə çalışan 40-a yaxın şirkət Rumıniya iqtisadiyyatında kapital qoyuluşunu 10 milyon avroya yaxın artırıb. Rumıniya Ticarət Qeydiyyat İdarəsi tərəfindən sözügedən şirkətlərin siyahısı çap olunub. Siyahıda birinci və ikinci yerləri – 130,9 və 91,5 milyon avro ilə Rusiyanın „Lukoil Energy & Gas Romania” və Rumıniyanın „MKB Romexterra Bank SA” şirkətləri bölüşürlər. Rumıniyada 28 yanacaqdoldurma məntəqəsinə sahib olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rumıniyada öz şəbəkəsini daha da genişləndirməklə yanacaq bazarının 10 faizinə yiyələnmək niyyətindədi.