SOCAR Rumıniyada 38-ci yanacaqdoldurma məntəqəsini açır

socar-ruminiyada-38-ci-yanacaqdoldurma-menteqesini-acir
Oxunma sayı: 881

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniyada yanacaqdoldurma məntəqələrinin sayını artırmağı planlaşdırır.

“Qafqazinfo”nun məlumatına görə, Rumıniyada SOCAR-ın sayca 38-ci olacaq yanacaqdoldurma məntəqəsi Satu-Mare şəhərində açılacaq.

Hazırda SOCAR-ın yanacaqdoldurma məntəqələri Rumıniyanın 18 regionunda fəaliyyət göstərir.

Bundan başqa SOCAR-ın yanacaqdoldurma məntəqələri Gürcüstan, Ukrayna və İsveçrədə də mövcuddur.