SOCAR yeni quyu istismara verib

socar-yeni-quyu-istismara-verib
Oxunma sayı: 758


“Qafqazinfo” xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında məlumat verilir.

2592 nömrəli quyu “Neft Daşları” NQÇİ-nin sifarişi ilə 2585 nömrəli stasionar dəniz özülündən qazılıb.

Quyu Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılıb. Quyunun sutkalıq debiti 30 ton neft təşkil edir.

“Neft Daşları” yatağı 1949-cu ildən işlənilir. Yatağın geoloji ehtiyatları 365 mln. ton təşkil edir ki, bunun da 182 mln. tondan çoxu çıxarıla bilən ehtiyatlardır.