Soçi aeroportu təcili boşaldılıb

soci-aeroportu-tecili-bosaldilib
Oxunma sayı: 1567

Soçi Beynəlxalq Hava Limanı təcili surətdə boşaldılıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, buna səbəb aeroporta bomba qoyulması ilə bağlı anonim məktubun alınmasıdır.

Məktub hava limanının elektron poçtuna göndərilib. Sərnişinlər təxliyyə olunub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlar aparır.