Soçiyə uçan təyyarədə sərnişin öldü

sociye-ucan-teyyarede-sernisin-oldu
Oxunma sayı: 1243

Moskvadan Soçiyə uçan təyyarədə 62 yaşlı sərnişin ölüb.

“Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, ürəyində ağrı hiss edən sərnişin şüurunu itirib. 

“Vnukovo” hava limanının aviadispetçerləri təcili yardım çağırsalar da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb. 

Həkimlər onun ürəktutmasından vəfat etdiyini təsdiqləyiblər.