“Sofiya”nın Azərbaycana gətirilməsinə nə qədər pul xərclənib?

sofiyanin-azerbaycana-getirilmesine-ne-qeder-pul-xerclenib
Oxunma sayı: 11861

“Robot “Sofiya”nın Azərbaycana gətirilməsi qarşılıqlı tərəfdaşlıq çərçivəsində baş tutub”.

“Qafqazinfo” Modern.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev bildirib.

O qeyd edib ki, robotun ölkəmizə gətirilməsi üçün hər hansı vəsait xərclənməyib:

“Hazırda danışıqlar aparılır ki, gələcəkdə robot “Sofiya” iştirak edəcəyi beynəlxalq tədbirlərdə və görüşlərdə “ASAN-xidmət” modelinin təbliği ilə məşğul olsun”.

E.Niftəliyevin sözlərinə görə, “Sofiya” 2 gün müddətində “ASAN-xidmət”in qonağıdır.