“Söhbət bağlanıb, Nazpəri 25 mini ödəyəcək” – - Vəkil

sohbet-baglanib-nazperi-25-mini-odeyecek-
Oxunma sayı: 1511


"Qafqazinfo" xəbər verir ki, bunu AzNews.az-a Xalq artisti İlhamə Quliyevanın vəkili Pərviz Hacılı bildirib. O, qarşı tərəfdən 25 min manat cərimənin hissəli halda deyil, birdən ödəniləcəyini tələb edəcək: “Nazpəri Dostəliyeva 25 min manat cərimənin hissəli halda ödənilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdi. Məhkəmə İlhamə xanımın xeyrinə qərar çıxardı. Bundan sonra Nazpəri xanım həmin qərardan Bakı Apelyasıya Məhkəməsinə müraciət edib. Proses dekabrın 26-da keçiriləcək. Qarşı tərəf istəyir ki, 25 min manatı hissə-husə ödəsin. Biz isə məhkəmədən tələb edəcəyik ki, Nazpəri xanımın iddiası təmin olunmasın. Söhbət bağlanıb. O, 25 min manatı nəğd ödəyəcək”.

Xatırladaq ki, Xalq artistləri İlhamə Quliyeva ilə Nazpəri Dostəliyevanın arasında gedən məhkəmə çəkişməsinə Ali Məhkəmədə baxılıb və yekun qərar verilib. Ali Məhkəmənin qərarına əsasən İ.Quliyevanın iddiasına görə Nazpəri Dostəliyeva 25 min manat cərimələnib.