“Söhbət Əsəd rejiminin dəyişdirilməsindən getmir” - Mey

“Söhbət Əsəd rejiminin dəyişdirilməsindən getmir”
Oxunma sayı: 1408

Suriyada başlanan hərbi əməliyyat Əsəd rejiminin dəyişdirilməsinə yönəlməyib.

“Qafqazinfo” REN TV-yə istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib.

ABŞ, Fransa və Böyük Britaniyanın hücumları kimyəvi silahdan istifadə imkanlarının məhv edilməsinə yönəlib.

“Söhbət rejimin (Bəşər Əsəd-red)dəyişdirilməsindən və yaxud Suriyada yeni müharibədən getmir. Bizim hədəfimiz kimyəvi silahdan istifadə imkanlarını yox etməkdir. Bununla bərabər digər ölkələrə kimyəvi silahdan istifadənin cəzasız qalmayacağı siqnalını verməkdir”, -deyə T.Mey vurğulayıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi