“Şokki-Mokki”dən məktəblilərə sürpriz

sokki-mokkiden-mekteblilere-surpriz
Oxunma sayı: 714

“Qafqazinfo”nun verdiyi xəbərə görə, ilk olaraq 28 saylı orta məktəbdə təşkil olunan bu layihənin paytaxtın digər məktəblərində də keçirilməsi nəzərdə tutulub. İbtidai sinif şagirdləri üçün keçirilən bu tədbirdə yol hərəkəti qaydaları haqqında məlumatlar verilib. 46 saylı uşaq yaradıcılıq mərkəzinin üzvləri yol hərəkəti qaydaları haqqında yaşıdlarına ətraflı məlumatlar veriblər. Tədbirdə iştirak edən Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov, “Azərsun Holdinq”in İctimaiyyətlə Əlaqələr və Sosial Xidmətlər şöbəsinin müdiri Afiq Səfərov, 28 saylı orta məktəbin müdiri Mehriban xanım və holdinqin marka rəhbəri Ellada Şiriyeva layihə ilə bağlı fikirlərini söyləyiblər.

Qeyd edək ki, “Şokki-Mokki”nin tərkibi uşaq orqanizmi üçün xüsusilə xeyirlidir, sümüklərin böyüməsinə, inkişaf etməsinə şərait yaradan, sümük quruluşunu gücləndirən, protein və kalsium mənbəyi olan fındıq, süd ilə zəngindir. Bu faydalı məhsulun bu kimi layihələri dəstəkləməsinin əsas səbəbi uşaqların maariflənməsidir. Buna görə də “Şokki-Mokki” gələcək nəslin sağlam böyüməsi ilə yanaşı onların savadlı olmasına da böyük əhəmiyyət verir.

Tədbirin sonunda şagirdlərə “Şokki- Mokki”dən hədiyyələr təqdim edilib.