Şokoladçılarla dəmiryolçuların pul söhbəti

sokoladcilarla-demiryolcularin-pul-sohbeti
Oxunma sayı: 645

Femida.az-ın məlumatına görə, “Koroğlu” MMC “Azərbaycan dəmir yolları” QSC qarşısında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia qaldırıb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin edib. “Azərbaycan dəmir yolları” QSC məhkəmə qətnaməsi ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi əvvəlki məhkəmə instansiyasının aktnı ləğv edib və yeni qətnamə qəbul edib.

Hazırda işə Ali Məhkəmədə baxılır.

Qeyd edək ki, “Koroğlu” MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distribüteri kimi fəaliyyətə başlayıb. MMC qənnadı məmulatlarının topdan və pərakəndə satışı ilə məşğul olur. Şirkətin satışını təşkil etdikləri məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.