Söküntülər və evlərin qiymətindəki dəyişiklik

sokuntuler-ve-evlerin-qiymetindeki-deyisiklik
Oxunma sayı: 2012


Şəhərin mərkəzində artım tempi daha da yüksəkdir. Bir neçə il öncə Bakıda tikinti bumu başladı və insanlarda belə bir fikir formalaşdı ki, mənzillərin iqyməti  aşağı düşəcək. Ancaq, bunun əksi baş verdi və tikintilər çoxaldıqca, qiymət də qalxmağa başladı. Təbii ki, tikintilər əsasən bir əldə cəmləşdiyindən, qiymətlər süni şəkildə artırıldı.

Ancaq qiymət artımına ölkədə aparılan söküntü işləri də təsir edir. Əksər ekspertlər hesab edir ki, “Ağ şəhər” layihəsi və “Sovetski”də başlayan söküntü ilə əlaqədar mənzillərin qiyməti qalxır. Xüsusən də köhnə binalardakı evlərin qiymətinin daha çox artdığı deyilir. Ekspertlərin fikrincə “Ağ şəhər” layihəsi və “Sovetski”dəki söküntü başa çatdıqdan, insanlar özlərinə ev aldıqdan sonra evlərin qiyməti ucuzlaşacaq.

Hazırda “Sovetski” nin bir hissəsi hasarlanıb və xeyli sakin yeni ev axtarışındadır. 

Bəs, bu söküntülər son aylarda mənzil bazarına necə təsir göstərib?

Iqtisadçı ekspert Ramil Osmanı hesab edir ki, qiyməti artımı müşahidə olunsa da, bu ötən ildə olduğu kimi fantastik həddə çatmayacaq: “Söküntüdən əvvəl də mənzil bazarında qiymət artımı müşahidə olunurdu. Araşdırmalar göstərir ki, mənzil söküntüsü zamanı ayrılan vəsaitlərin təxminən 80-85 faizi yenidən mənzil bazarına qayıdır. Bu da onu deməyə əsas verir ki, mənzil bazarında qiymətlər bir qədər də artacaq. Çünki, tələb də artır. Ancaq, indiki halda bazarda baş verən proseslər onu göstərir ki, qiymət artımları ötən il olduğu kimi fantastik həddə, çatmayacaq. Çünki, mənzil bazarında qiymətlər bugün maksimum həddədir. Qarşıdakı dövrdə artımlar 2 rəqəmli faizlərlə ifadə olunmayacaq. Maksimum 1-2 faiz artım proqnozlaşdırmaq olar”.