Solçular qalib gəldi

solcular-qalib-geldi
Oxunma sayı: 640

“Qafqazinfo”nun “Franse-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, sol partiyalar 1958-ci ildən bəri ilk dəfə olaraq Senatda səslərin əksəriyyətinə sahib olub. Müşahidəçilərin fikrincə, səsvermənin nəticələri 2012-ci ilin mayında keçiriləcək prezident seçkilərindən əvvəl sosialistlərin mövqeyini əhəmiyyətli dərəcədə möhkəmləndirəcək. Prezident Nikolya Sarkozinin mövqeyini müdafiə edən sağ-mərkəzçi Milli Hərəkat İttifaqının lideri Jan Fransua Kope seçkilərin nəticələrini “məyusedici”adlandırıb, ancaq onun “sürpriz olmadığını”da qeyd edib. Prezident administrasiyası isə nəticələri şərh etməkdən çəkinib.
Fransa Senatına seçkilər birbaşa qaydada seçilmir. Səsvermədə seçicilər deyil, şəhər merləri və yerli parlamentin deputatları iştirak edirlər. Seçkilərdə təxminən 72 min nəfər səs verir.
Fransa Senatına keçirilən seçkilərin rəsmi nəticələri hələ açıqlanmayıb.