Solovyovun verilişində qonaqlar arasında mübahisə - Stəkan atıldı + Video

solovyovun-verilisinde-qonaqlar-arasinda-mubahise
Oxunma sayı: 1955

Rusiyanın tanınmış aparıcısı Vladimir Solovyovun verilişində hadisə baş verib.

“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, aparıcı Dmitri Kulikov çıxış etdiyi vaxt polşalı mütəxəssis Yakub Koreyba müdaxilə edib.

Bu hal bir neçə dəfə təkrarlandığı üçün Kulikov əsəblərini cilovlaya bilməyib və Koreybaya stəkan atıb. Koreyba ona gələn stəkandan yayınaraq mübahisəyə davam edib.

Solovyov isə mübahisəyə müdaxilə edərək Koreybanın çıxış edənlərə müdaxilə etməməsini istəyib.