Somada ölənlərin sayı 283-ə çatdı- - 114 mədən bağlanılıb

somada-olenlerin-sayi-283-e-catdi-
Oxunma sayı: 1146


“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, daha bir fəhlənin cəsədi uçqun altından çıxarılıb.

“Hazırda xəstəxanalarda 3 xəstəmiz qalıb. O biriləri xəstəxanalardan çıxarılıb. Onların həyatı üçün təhlükə yoxdur”-deyə, nazir mədəndəki yanğınla bağlı açıqlama verib.

Nazir deyib: “Yanğın tamamilə sönməyib. Ancaq böyük bir hissəsi söndürülüb. İşçi qardaşlarımızın cənazələrini ailələrinə verəcəyik.

“Məsuliyyət daşıyanların göz yaşlarına baxmayacağıq ”- demişdim. İlkin olaraq, inzibati istintaqa başlamışıq ”.

Onun sözlərinə görə, 114 mədən ocağı bağlanılıb.

Qeyd edək ki, Soma faciəsinin yaşadığı daş kömür mədənində yanğın söndürülüb.  Mədən dəm qazından təmizlənib. Xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirmək üçün şaxtaya daxil olub.