Somalidə ard-arda iki partlayış - Azı 8 ölü, 16 yaralı

Somalidə ard-arda iki partlayış
Oxunma sayı: 295

Somalinin paytaxtı Moqadişoda bir gün ərzində ard-arda iki partlayış baş verib.

“Qafqazinfo” “AFR” agentliyinə istinadən xəbər verir ki, nəticədə ümumilikdə 8 nəfər dünyasını dəyişib, 16 nəfər ağır xəsarət alıb.

Birinci partlayış parlament binasının yaxınlığında baş verib. Partlayış nəticəsində 8 nəfər dünyasını dəyişib, 16 nəfər ağır xəsarət alıb.

İkinci partlayış hadisəsi hava limanının yaxınlığında qeydə alınıb. Bu partlayışın nəticəsində isə heç kim xəsarət almayıb.

İndiyədək partlayışlara görə heç bir terror qruplaşması məsuliyyəti öz üzərinə götürməyib. Somali polisi araşdırmalarını davam etdirir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi