Somalidə partlayış - Jurnalist öldürüldü

somalide-partlayis
Oxunma sayı: 647

Somalidə baş verən partlayış nəticəsində telejurnalist həyatını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Məlumata əsasən, partlayış paytaxt Moqadişuda qeydə alınıb. "Kalsan" TV-nin  əməkdaşı 30 yaşlı Məhəmməd İbrahim Qaabounun maşını partladılıb. Jurnalist ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Somalidə bu il artıq 5 jurnalist öldürülüb.