Somalidə polis akademiyasında terror, 13 ölü

somalide-polis-akademiyasinda-terror-13-olu
Oxunma sayı: 647

Somalinin paytaxtı Moqadişidə polis akademiyasında terror aktı olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 13 nəfər ölüb, 15-i isə yaralıdır. Partlayış terrorçu-kamikadzenin özünü akademiyanın içərisində partlatması nəticəsində baş verib. 

Terrora görə məsuliyyəti “Aş-Şabab” qruplaşması öz üzərinə  götürüb.